HİSSƏ 1  |  HİSSƏ 2  |  HİSSƏ 3

II hissə. Lavaş sözünün türk kökləri var

Elşad ƏLİLİ
Tarixçi, Azərbaycan Elmlər Akademiyası İnsan Haqları İnstitutunun elmi işçisi. Qafqaz Tarixi Mərkəzinin əməkdaşı.

…davamı

Лаваш, изготовленный на садже

Sacda hazırlanmış lavaş

İndi isə qayıdaq lavaş sözünün etimologiyası və semantik əsaslarına. Erməni mənşəli Türkiyə dilçisi Sevan Nişanyan Ermənistandan olan müasir soydaşlarından fərqli olaraq lavaş sözünü erməni dilinə bağlamır. Türk dilinin etimoloji lüğətində Nişanyan bu sözü fars dilinə bağlayır və fars dilinin vasitəsilə onu aramicə שׁול lawaš/layšxəmir; xəmir yoğurmaq kökünə gedib çıxardır [1]. Yəni, Nişanyanın məntiqilə, bu söz arami dilində meydana gəlib, fars dili isə onu mənimsəyərək sonradan başqa dillərə, o cümlədən türk dillərinə ötürübdür. Yeri gəlmişkən, Nişanyanın lüğətinə görə lavaş sözü türk mətnlərində hələ XIII əsrdə qeydə alındığı halda, erməni dilinin lüğətlərində bu sözə XX əsrin əvvəlinə qədər, 1698, 1749-cu il, 1836-cı il və 1865-ci il lüğətlərində rast gəlinmir.

Казахская жупка

Qazax jupkası

Arami dilində doğrudan da שׁול — lwš fel kökü və onun שׁיל lyš modifikasiyası mövcuddur. Lakin bu söz xəmir və ya xəmir yoğurmaq kimi deyil, sadəcə yoğurmaq, qarışdırmaq kimi [2, s. 419, 428] tərcümə olunur. Özü də tək xəmir deyil, həmçinin gil, palçıq və s. məhsulların qarışdırılmasına aid edilir. Ən əsası isə arami dilində lwš/lyš köklərindən törəmiş “çörək” sözü mövcud deyil. Arami dilində çörəyin adı lwš/lyš kökü ilə deyil, םחל-lhm kökü ilə bağlıdır [3, s. 68]. Belə olan halda yoğurmaq, qarışdırmaq anlamına gələn arami felini fars dili necə mənimsəyib nazik çörək mənasına interferensiya (dönüşmə) edə bilərdi? Xüsusən də bu məqalənin birinci hissəsində qeyd edildiyi kimi, lavaş qavramı yalnız çörəyə deyil, nazik laylara yayılmış başqa yeməklərə də aid edilir Bu səbəbdən Nişanyanın versiyasının da əsassız olduğunu qeyd etməliyiq. Yeri gəlmişkən, türkoloqlar Nişanyanı belə əsassız bənzətmələrə görə az qınamırlar. Çünki o, mütəmadi olaraq bir çox əzəli türk sözlərini başqa dillərin adına çıxır.

Ən maraqlısı odur ki, türkoloqlar lavaş sözünü türk dilinə aid edirlər və Sevan Nişanyan da bu barədə məlumatlı olmalı idi. Bunu erməni dilçiləri də bilməlidirlər. Axı Sevortyanın lüğətində, daha doğrusu çoxcildli türk dillərinin etimoloji lüğətində bu barədə məlumatlar var. Bu lüğət erməni mənşəli sovet türkoloqu və dilçisi Ervand Sevortyanın baş redaktorluğu altında tərtib olunub. Elə buradaca qeyd edilir ki, lavaş sözü türk, azərbaycan, kumık, qaraçay-balkar, türkmən, özbək, qazax, tatar və başqa türk dilləri və şivələrində də yayılıb. Tam aydınlıq üçün Sevortyanın lüğətində lavaş sözünün türk dillərində mənası və etimologiyasından bəhs edən məqalənin bir parçasına nəzər salmaq yerinə düşər:

Lavaş:

  1. nazik yayılmış xəmirdən bişirilmiş çörək, fətir növü, nazik dəyirmi çörək, süfrə yerinə istifadə oluna biləcək fətir;
  2. yağda bişirilmiş yastı, dəyirmi kişmişli, pastilalı (bəkməzli) və ya mürəbbəli xəmir məmulu (börək);
  3. laylanmış kökələr;
  4. buğda unundan bişirilmiş nazik xəmir şirnisi;
  5. turş meyvələrdən (alça və s.) hazırlanaraq, laylarla qurudulmuş meyvə bəkməzi, şirəsi (povidlo, pastila);
  6. nazik laylarla qurudulmuş turş meyvələrin pastilası — alça, zoğal və s. povidlosu;
  7. nazik, yastı gümüş parçası [4, s. 5-6].

Elə oradaca qeyd edilir ki, türk dillərindən götürülmüş bu söz bir çox Qafqaz dillərinə daxil edilib. Yəni Sevortyanın lüğətində bildirilir ki, lavaş sözü erməni dilinə türk dilindən keçib.

Гатлама (катлама)

Qatlama

Qeyd etmək lazımdır ki, əvvəlində -L hərfi olduğu üçün türkoloqlar arasında lavaş sözünün etimologiyası ilə bağlı vahid fikir yoxdur. Çünki türk dillərində nadir hallarda sözlər bu samitlə başlayır. Baş hərfin «L» olması lav- sözündəki birinci elementin (hissənin) mənimsənildiyini deməyə əsas verir . Sözün ikinci hissəsi ilə bağlı isə heç bir tərəddüd yoxdur. Söhbət yemək, qida, sövqat anlamına gələn sözündən gedir. lav- sözünü qədim uyğur dilindəki liv qurbanlıq qidası sözünə bağlamaq cəhdləri də olub. Tanınmış türkoloq Cerard Klauson bu söz birləşməsinin birinci hissəsində çin dilindəki libuğda sözünün mənimsənildiyini görürdü. Beləliklə, ehtimal edilib ki, ilkin olaraq dənli bitkilərdən hazırlanmış yemək mənasında istifadə edilən liv+ mürəkkəb sözü sonradan dəyirmi formalı digər yeməklərə də aid edilib [ibid].

Burada qeyd etmək lazımdır ki, türk mətnlərində lavaš sözü heç yerdə livaš kimi istifadə olunmayıb. Və livaš sözünün türk dilində lavaš-a çevrilməsi üçün çox uzun müddət tələb olunardı. Bu sözün tatarca ləvəš, qaraçay-balkar dilində lauaš kimi səslənməsi var, lakin livaš kimi səslənməsinə heç yerdə rast gəlinmir. Tatar dilindəki ləvəš sözünün anlamı lüğətlərdə belə qeyd olunur:

1) lavaş (yağda bişirilmiş kişmişli, pastilalı və ya mürəbbəli yastı dəyirmi un məmulu);

2) laylanmış kökə;

3) adi xəmirdən bişirilmiş nazik fətir [5, s. 582].

4) həmçinin tatar dilinin dialektik lüğətində yuka; qat-qat, laylanmış fətir [6, s. 293].

Qaraçay-balkar dilindəki lauaš sözü lüğətdə sadəcə lavaş və ya fətir növü kimi göstərilir [7, s. 452]. Bizim halda sözün qaraçay-balkarcadakı transkripsiyası və tatar dilində verilən qatqat və ya laylanmış fətir kimi məna yükləri çox vacibdir. Xatırladaq ki, Mahmud Qaşqarinin (XI əsr) lüğətində də yufka sözü laylanmış fətir kimi keçir. Türk dünyasında geniş yayılmış kattama-qatlama un məmulatının adını isə nazik fətirin bir növünə aid etmək olar. Kattama-qatlama sözü türk dilində etimoloji olaraq qat-qat, laylanmış kimi anlaşılır. Qaraçay-balkar türkcəsində həmçinin yastı mənası verən lapça sözü də var ki, bu söz türk dilindəki lavaş sözbirləşməsinin yekun etimologiyasının müəyyən edilməsi üçün vacib əhəmiyyət daşıyır.

Adətən Sovet-Rusiya məktəbinin türkoloqları -L samiti ilə başlayan türk sözlərinin kökünü çin, iran və ya ərəb dilləri arasında axtarırdılar. Hansı ki, məsələyə dərindən baxanda məlum olur ki, -L samiti ilə başlayan bir çox sözlərin çuvaş və fin-uyğur dillərində parallelləri vardır. Bu qanunauyğunluq Avrasiyanın qərb bölgələrində yayılmış türk dillərində, o cümlədən lay (qat, təbəqə; qat-qat təbəqələnmiş) sözündən istifadə olunan azərbaycan türkcəsində daha çox müşahidə olunur [8, c. 244]. Bu gün bu sözə türk dillərində az rast gəlinir, lakin bu söz məhz bu transkripsiyada ərəb filoloqu Əsiruddin Əbu Hayyanın 1312-ci ildə yazıb bitirdiyi Kitabül-İdrak li-Lisani-Ətrak (Türk Dilinin Öyrənilməsi Kitabı) əsərində qeyd olunmuşdur [9, c. 147].

Bundan başqa lap kökündən əmələ gəlmiş başqırdca lapaşıu – yastılanmaq, lay, təbəqə halına gəlmək lapşaytıu dartaraq yaymaq felləri də [10, s. 408], qaraçay-balkarca lapçayastı, yayılmış sifəti də [11, s. 452], çuvaşca laptak – yastı, yayılmış; yastısına və lapşaka – yastı, düz səthli [12, s. 35, 38] sifəti də Azərbaycan dilindəki lay sözünə aşkar paralellik təşkil edirlər. Məlumdur ki, -y-u-ğ-q-g-w-v-p və daha sonra -b-m sammitlərinin fonetik keçidindən əmələ gələn səs sırası bir çox dillərə xasdır. Məsələn, yuxarıda biz bu qanunauyğunluğu arami dilindəki lwš/lyšyoğurmaq, qarışdırmaq felinin misalında izləmişik. Bu qrammatik qanunauyğunluq türk dilində semantik olaraq laylanmış qida, və ya laylanmış, təbəqələnmiş, qat-qat halında yeyinti, yastı laylanmış qida mənalarını verən lavaş sözünün lav-aš, lağ-aš, law-, lau-aš, lay-aš, lap-modifikasiyalarının törənməsinə imkan verir. Bu etimologiya həm də onunla təsdiqlənir ki, türk xalqları arasında lavaş sözü yalnız nazik yayılmış çörəyə deyil, həmçinin qat-qat, laylı, təbəqəli yastı un məmulatlarına və nazik yayılmış yemək növlərinə, məsələn nazik laylarla qurudulmuş meyvə turşusuna da aid edilir. Misal olaraq lay/lau/lağ/laq/law/lav/lap kökündən qədim uyğurca laqša lapşa sözünün yaranmasını gətirmək olar [13, s. 126].

Bu kökün parallelləri mari dilindəki layyumşaq, hamar, rəvan, vəznli [14, s. 291-293], macar dilindəki lapyarpaq, yastı səth [15, s. 442 ] və fin dilindəki şelf, lay, haşiyə, rəf, nazik, incə mənalarını daşıyan lai sözüdür [16, s. 297]. Çox guman ki, fin sözü lavaayağaltı, platforma [ibid, s. 312] da macar dilindəki lap və mari dilindəki lay sözü ilə ümumi semantik mənşəyə malikdir.

Yuxarıda lavaş sözünün həmçinin nazik, yastı gümüş parçasına da aid edilməsi barədə Sevortyanın lüğətindən qaynaq göstərilimişdi. Lavaş sözü bu anlamda yalnız Osmanlı ədəbiyyatında qeydə alınıb və, görünür, macar dilindəki lagyvasyumşaq dəmir sözü ilə əlaqəlidir ki, bu söz də yumşaq mənasını verən lagy kökündən yaranıbdır [15, s. 440].

O da məlum olur ki, qat-qat doğranmış xəmir yarpaqlarından hazırlanan lapşa (laqça, lapça) da öz adına görə türkcə sözdüzəltmə olan lavaşla yaxın semantik əlaqəyə malikdir. Lapşa (laqça, lapça) sözünün özü isə həmçinin uqor dillərində çox geniş istifadə olunur. Lakin Maks Fasmerə görə, rus dilindəki lapşa (dialektlərdə lokşa, loxşa) sözü türk dillərindən mənimsənilib [17, s. 460]. Hər halda sözün ikinci elementi — şa, -ça birmənalı olaraq türk morfemasıdır.

Rezüme:

  1. Ağ undan hazırlanmış nazik duzsuz fətir lavaş adı altında tarixən Qafqazda, Türkiyədə, İranda, Orta Asiya və Volqaboyu bölgələrdə yayılıb. Bəzi başqa Şərq ölkələrində belə çörəyin öz regional adları var. Təkcə elə bu səbəbdən erməni tərəfinin bu məmulatı müstəsna olaraq öz mədəniyyətlərinə aid etmək cəhdləri heyrət doğurur.
  2. Lavaş sözü bir çox türk dillərində yayılıb və yalnız çörək adı deyil. Bu söz bir çox nazik, yayılmış, laylanmş, qat-qat, qattama qida növlərinə aid edilir. Özü də tək undan hazırlanmış yeməklərə deyil. Bəzən isə, bu söz bir sıra yastı və ya təbəqələnmiş əşyalara da aid edilib. Erməni dilinin daşıyıcıları türk dilinin bu incəliklərini bilmədən lavaş sözünü sırf nazik yayılmış çörəyə aid edirlər ki, bu da onların bu türk sözünün yalnız bir mənasını kor-koranə mənimsədiklərindən xəbər verir.
  3. Lavaş çörəyinin türk dillərində həm də yuxa, yuka, yuyqa, yuvqa, yufka, juka, jupka və s. kimi başqa fonetik modifikasiyalar şəklində olan autentik adı da var. Bu, qədim türk dövrünə aid mətnlərdə qeyd edilir və nazik yayılmış çörəyin qədim türklər tərəfindən bişirildiyindən xəbər verir.
  4. Erməni ənənəsinə görə lavaş çörəyi yalnız təndirdə bişirilir. Türkyə və Azərbaycanda isə lavaş təndirlə yanaşı Турецкий катмерsobada, sac üzərində, Orta Asiyada isə tiyanın arxa hissəsində hazırlanır. Bu səbəbdən Azərbaycanda lavaş çörəyinin Ermənistandakından daha çox növü var. Sac özü köçəri mətbəxin atributudur və köç zamanı rahat daşınmasına görə əvəzolunmaz bir əşya sayılır. Lavaş çörəyinin özü də köçərilərin ixtirasıdır, çünki sacda bişirilmiş nazik çörəyi qurudulmuş şəkildə həftələrlə, bəzən isə aylarla xarab olmadan saxlamaq olur. Bu isə köç zamanı çox əlverişlidir. Yəni nazik yaılmış çörək ləziz damaq dadı lətafəti səbəbindən deyil də, zərurətdən meydana gəlmiş bir qida məmuludur. Lavaş çörəyindən başqa türk dünyasında sac üzərində həmçinin lavaşabənzər müxtəlif yeməklər hazırlayırlar. Bu sırada kətə, qutab, gözləmə, xaçın, börək, kattama-qatlama, katmer və s. də var ki, bunlar erməni mətbəxində mövcud deyil.
  5. Lavaş sözü XIII əsr türk mətnlərində qeydə alındığı halda, erməni lüğətlərində bu sözə hətta XVIII-XIX əsrlərdə və XX əsrlərin əvvəlində yazılmış erməni sözlüklərində belə rast gəlinmir. Bu isə ondan xəbər verir ki, əsasən ermənilər nəinki lavaş sözünü, hətta ümumiyyətlə nazik yayılmış duzsuz çörəyin hazırlanma texnikasını da bu yaxınlarda mənimsəyiblər.
  6. Bir çox nazik, yayılmış, qat-qat və qatlama yemək növlərinə aid edilən lavaş (lavaš, lağaš, lawaš, lauaš, layaš, lapaš) sözünün özü türk dilində etimoloji olaraq laylanmış qida və ya qat-qat, qatlanmış yemək anlamına gəlir. Bu mürəkkəb sözün birinci hissəsi lay/law görünür bəzi türk dillərində, o cümlədən azərbaycan dilində hələ protürk dövrlərinin dərinliyindən qalmaqdadır. Bu sözün həmçinin çuvaş və ya daha çox fin-uqor kökləri də ola bilər, çünki azərbaycan dilindəki lay sözünün yalnız mari və macar dillərində paralelləri var. Lakin hətta bu halda belə lavaş sözü türk dilinin qramatik qaydalarına əsasən formalaşıb.

Bəlkə də ermənilər lavaş çörəyini özlərinin adına çıxardaraq dolayısı ilə, özlərini dünyaya Tövrat zamanına qədər gedib çıxan qədim etnos kimi sırımağa çalışırlar. Çünki Musanın qələmə aldığı Tövratda duzsuz nazik fətir olan matsadan bəhs edilir. XIX əsr və XX əsrin əvvəllərində yaşamış bəzi erməni müəllifləri erməni dilini xristian dünyasına «insanlığın ilk dili» kimi təqdim etməyə çalışırdılar. Guya ki, bu dildə ən erkən bibliya patriarxları danışıb. Ermənistan tarixinə dair əsər yazmış XIX əsr rus tarixçisi Viktor Afanasyeviç Abaza bununla bağlı deyirdi:

«… ermənilər özlərini ən qədim xalq hesab edir və öz köklərinin birbaşa Nuh peyğəmbərdən gəldiyini düşünürlər. Bunu sübut etmək üçün isə, onlar Yaradılış kitabına istinad edir. Çünki bu kitabda Nuhun gəmisinin Ararata yan aldığı və tufandan sağ çıxmış peyğəmbər və ailəsinin Araratda qaldığı təsdiqlənir: “Əzəldən bütün dünyada tək dil və tək ləhcə var idi… Sennar torpağını tapdıqdan sonra orada yerləşdilər, oranı yurd etdilər.” (Köhə Əhid, Varlıq 11-1/2 – Elşad Əlili) Müqəddəs yazıları qələmə alan Musanın qeyd etdiklərinə əsaslanan ermənilər öz dillərini ilk insanların danışdığı dil hesab edirlər. Və, əgər tufandan sonra ermənilərin əcdadı olan Nuh tufanından əvvəl yaşamış atası Lamexin dilində danışırdısa, deməli erməni dili bütün dillər arasında ən qədim kimi tanına bilər. Öz dillərinin yəhudi dilinə müəyyən bənzərliyini ermənilər yalnız bir amillə əlaqələndirirlər ki, yəhudilər Armeniyada artmaqla hakim dili mənimsəyiblər. Yəhudilərin özlərini isə onlar haldey nəsillərinə aid edirlər…» [18, s. 14-15].

Əlbəttə, semit dilləri erməni dilindən yaranmayıb və Köhnə Əhidin yazıldığı dil öz sözlərini hansısa «hakim erməni dilindən» mənimsəməyib. Lakin, məsələ ondadır ki, bir çox ermənilər bu antitarixi tezislərə inanırdı və bu gün də inanmağa davam edir. Yəhudi və erməni dilləri arasında heç bir bənzərlik yoxdur. Klassik erməni dilində isə arami-suriya dilindən xeyli mənimsəmələr var. Bu sözlər qrabara, yəni klassik ermənicəyə arami və suriya sözlərini mənimsəmiş orta fars ədəbiyyatından daxil olub.

Təbii ki, semit dilləri erməni dilindən heç nə mənimsəməyiblər, lakin o dövrün erməni müəllifləri Ermənistanı insanlığın beşiyi elan etməkdə davam edirdilər. Bu isə o deməkdir ki, ilk çörəyi də ermənilər bişirib, ilk dəfə balabanda ermənilər ifa edib və ümumiyyətlə, bütün ilklər ermənilərin icadıdır. Və bütün bu absurd bilgilər erməni etnosunun onsuz da pozulmuş kollektiv şüuruna kütləvi şəkildə yeridilir. Etnos isə bu yalanlara inanaraq, həmin «həqiqətləri» dünyaya təlqin etməyi vacib hesab edir.

Annotasiya

  1. Sevan Nişanyan ZLERİN SOYAĞACI ÇDAŞ RKÇENİN KENBİM ZLÜĞÜ. <http://nisanyansozluk.com/?k=lava%C5%9F&x=10&y=13>
  2. B. Davidson ANALYTICAL HEBREW AND CHALDEE LEXICON. Tom 13-y. London, New York 1848.
  3. Stanley Cook A GLOSSARY OF ARAMAIC INSCRIPTIONS. Cambridge 1898.
  4. E. V. Sevortyan TÜRK DİLLƏRİNİN ETİMOLOJİ LÜĞƏTİ, 7-ci cild, Moskva 1974.
  5. TATAR-RUS LÜĞƏTİ. Moskva 1966.
  6. TATAR TELENEN DİALEKTOLOQİK SYZLEQE (TATAR DİLİNİN DİALEKTİK LÜĞƏTİ), SSRİ EA, Kazan 1969.
  7. QARAÇAY-BALKAR-RUS LÜĞƏTİ. SSRİ EA-nın müxbir üzvü, filologiya elmləri namizədi X. İ. Suyunçeva. Moskva 1989.
  8. AZƏRBAYCAN DİLİNİN İZAHLI LÜĞƏTİ. III cild. Bakı 2006.
  9. KIPÇAK TÜRKÇESİ SÖZLÜĞÜ. Türk Dil Kurumu Yayınları, Ankara 2007.
  10. Agişev İ.M. BAŞQIRD-RUS LÜĞƏTİ. Moskva 1996.
  11. QARAÇAY-BALKARCCA-RUSCA LÜĞƏT. SSRİ EA-nın müxbir üzvləri E. R. Tenişev və filologiya elmləri namizədi X.İ. Suyunçeva. Moskva 1989.
  12. N.İ. Aşmarin. ÇUVAŞ DİLİNİN LUĞƏTİ, 8-ci cild. Çeboksar 1935.
  13. Prof. Dr. Ahmet Caferoğlu ESKİ UYGUR TÜRKÇESİ SÖZLÜĞÜ. İstanbul-1968.
  14. MARİ DİLİNİN LÜĞƏTİ, cild 3. Yoşkar-Ola 1990-2005
  15. Laslo Galdi MAGYAR OROSZ SZÓTÁR (MACAR-RUS LÜĞƏTİ ). Budapeşt, Moskva 1987.
  16. Severi Alanne FINNISH-ENGLISH DICTIONARY. Tuomi 1919.
  17. Maks Fasmer RUS DİLİNİN ETİMOLOJİ LÜĞƏTİ, 2-ci cild. Moskva 1986.
  18. Viktor Afanaseviç Abaza. ERMƏNİSTAN TARİXİ. Sankt-Peterburq 1888.